"Azərbaycan Demokratik Cümhuriyyəti - 100 il" Ordeni

"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni — Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının Azərbaycan Demokratik Cunhuriyyətinin 100 illik yubileyi münasibətilə təsis etdiyi yüksək təltifdir.[2]

"Azərbaycan Demokratik Cümhuriyyəti - 100 il" ordeni
ukr. орден "Азербайджанська Демократична Республіка - 100 рокiв"[1]

Ölkə Ukrayna
Tip Orden
Kimə verilir Ukrayna və Azərbaycan vətəndaşlarına, həmçinin digər xarici vətəndaşlara
Status təqdim olunur
Statistika
Təsis tarixi 10 mart 2018
İlk təltif
  • 12 may 2018
  • Oqtay Əfəndiyev
Son təltif
Təltif sayı 100 nəfər

Tarixi[redaktə | mənbəni redaktə et]

18 mart 2018-ci il tarixində, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporası İdarə Heyətinin qərarı ilə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında Sərəncamına, Ukrayna "Dövlət təltifləri haqqında" və Ukrayna "İctimai birliklər" haqqında qanunlarına, həmçinin Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporası İctimai Birliyinin Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə və Azərbaycan Respublikası, Ukrayna, Azərbaycan diasporası qarşısında xidmətlərinə görə fərqlənmiş şəxlərin təltif edilməsi üçün təsis olunmuşdur.

12 may 2018-ci il tarixdə ordenlə ilk dəfə Azərbaycan Respublikasının Ukraynadakı keçmiş Səlahiyyətli və Fövqaladə Səfiri Oqtay Əfəndiyev təltif edilmişdir. Ordenin sonuncu 100 saylı nümunəsi isə 14 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradova təqdim edilmişdir.

Statutu[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni, Ukrayna Azərbaycanlılrının Birləşmiş Diasporası İctimai Təşkilatının Nizamnaməsinə və "Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeninin Statutunun tələblərinə uyğun olaraq Ukrayna Azərbaycanlılrının Birləşmiş Diasporası İdarə Heyətinin qərarı ilə təltif edilir.

Ordeni UABD Sədri, Sədr müavini və ya UADB-nın səlahiyyətli təmsilçiləri laureata təqdim edirlər.

"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni Ukrayna və Azərbaycan Respublikası vətəndaşlarına, həmçinin xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslrə aşağıdakı hallarda verilir:

  • Ukrayna və Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;
  • Vətənin müdafiəsində, Ukrayna və Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda verilir:

  • Ukrayna və Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;
  • Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;[3]
  • Ukrayna ilə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

Təsviri[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni əlvan metaldan tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 37 mm və şüaları olan səkkizguşəli ulduzdan və 27 mm x 43 mm ölçülü düzbucaqlı lövhədən ibarətdir.

Ordenin ön tərəfində səkkizguşəli ulduzun üzərinə Azərbaycan Respublikasının Dövlət bayrağının üç rəngini təsvir edən üç incə dairə yerləşdirilmişdir. Səkkizgüşəli ulduzun kənarları incə mavi rənli cizgi ilə rənglənmişdir. Səkkizguşəli ulduzun simmetrik ortasında yerləşən dairələrin üzərində yuxarıdan aşağı "AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI" sözləri yazılmışdır. Mavi dairənin aşağısında qızılı palıd yarpaqğı və buğda sünbülü üzərində "100 il" sözləri yazılmışdır. Yaşıl dairənin tam ortasında alov dilləri təsvir edilmişdir.

Orden 27 mm x 43 mm ölçülü düzbucaqlı lövhəyə qızıl suyuna çəkilmiş əlvan metaldan ibarət iki halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə Ukrayna Dövlət bayrağının rənglərinə uyğun mavi və sarı rəngli şaquli zolaqlar təsvir edilmiş xara lentdən üz çəkilir

Səkkizgüşəli ulduzun arxa tərfi qızılsuyuna çəkilmişdir. Ulduzun ortasında soldan sağa başlamaqla dairəvi şəkildə "ÜMUMUKRAYNA İCTİMAİ BİRLİYİ" səzləri, ortada isə "UKRAYNA AZƏRBAYCANLILARININ BİRLƏŞMİŞ DİASPORASI" səzləri yazılmışdır. Ulduzun aşağı hissəsində isə ordenin sıra nömrəsi qeyd edilmişdir.

"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeninin lentası[redaktə | mənbəni redaktə et]

Təltif edilənlər[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Demokratik Cümhuriyyəti — 100 il" ordeni il 2018-ci ilin may ayından etibarən aşağıdakı şəxslər təltif edilmişlər:

Sıra Təltif edilən Tarix Fəaliyyəti Vətəndaşlığı
001 Oqtay Əfəndiyev 12.05.2018 Azərbaycan Respublikasının Ukraynadakı keçmiş Səlahiyyətli və Fövqaladə Səfiri Azərbaycan Azərbaycan
005 Murad Cəfərov 12.05.2018 Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının Sədr müavini Ukrayna Ukrayna
044 Fərhad Turanlı 12.05.2018 Ukrayna ictimai və elm xadimi, Tarix elmləri doktoru, Professor. Ukrayna Ukrayna
083 Daşqın Gülməmmədov 12.05.2018 Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Gürcüstan Gürcüstan
098 Nicat Dağlar 12.05.2018 Azərbaycan publisisti və jurnalisti Azərbaycan Azərbaycan
099 Eldar İsmayıl[4] 29.11.2018 Azərbaycan Dədə Qorqud Milli Fondunun Sədri Azərbaycan Azərbaycan
100 Fuad Muradov[5] 14.04.2018 Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Azərbaycan Azərbaycan

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Diaspor təşkilatı "ADR 100" yubiley ordeni təsis etdi". 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-28.
  2. "В Україні заснували ювілейний орден " Азербайджанська Демократична Республіка 100"". 2019-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-28.
  3. "`Dədə Qorqud Fondu`nun rəhbəri `Cümhuriyyət 100` Ordeni ilə təltif olunub". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-28.
  4. "Cümhuriyyət 100"-in daha bir mükafatçısı məlum olub [ölü keçid]
  5. "Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilir". 2019-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]